• cümə, 29 Mart, 01:53
  • Baku Bakı 7°C

Hərbi xidmət ilə bağlı qaydalar dəyişdiriləcək

09.09.13 13:25 1686
Hərbi xidmət ilə bağlı qaydalar dəyişdiriləcək
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Elm haqqında” qanunun müzakirəyə çıxarılan zaman bu sənəddə hərbi xidmətdən möhlət hüququ ilə bağlı nəzərdə tutulmuş müvafiq müddəaya əsasən olacaq.
Belə ki, “Elm haqqında” qanunda Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı yenilik avtomatik olaraq “Hərbi xidmət haqqında” qanunda da əksini tapmalıdır.
Müddəaya əsasən, bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmət müddətinin azaldılaraq 6 aya endirilməsi təklifləri daxildir.
banner

Oxşar Xəbərlər