• cümə, 19 Aprel, 15:30
  • Baku Bakı 25°C

Hərbi qulluqçuların, kursantların geyim və ləvazimatlarla təmin edilməsinə dair yeni normalar müəyyənləşdirilib

28.05.16 10:08 1363
Hərbi qulluqçuların, kursantların geyim və ləvazimatlarla təmin edilməsinə dair yeni normalar müəyyənləşdirilib
Azərbaycanda hərbi qulluqçular və kursantlar hərbi geyim forması və ləvazimatlarla yeni normalara əsasən təmin ediləcəklər.

APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla əlaqədar "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nı təsdiq edib.

Müvafiq olaraq Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 20 oktyabr tarixli 135 nömrəli qərarı ləğv edilib.
banner

Oxşar Xəbərlər