• cümə, 29 Mart, 12:53
  • Baku Bakı 14°C

Hərbi prokurorluqda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb

14.08.20 15:07 752
Hərbi prokurorluqda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb
Hərbi Prokurorluq orqanlarının fəaliyyəti ötən dövrlərdə olduğu kimi 2020-ci ilin birinci yarımilində də səmərəli olmaqla, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və qanun pozuntularının qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin Silahlı Qüvvələrimizin qüdrətinə xələl gətirə biləcək hüquqazidd əməllərin və digər nöqsanların aradan qaldırılmasına yönəldilib.
Trend-in məlumatına görə, bunu Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev bildirib.
Onun sözlərinə görə, hərbi prokurorluqda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb. Silahlı Qüvvələrdə baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub.
2020-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 37% azalıb.
banner

Oxşar Xəbərlər