AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hərbi - kriminal xuntadan diktaturaya keçid

Hərbi - kriminal xuntadan diktaturaya keçid

Cəmiyyət
07 İyul 2020, 12:52 171
1998-ci ildən 2018-ci ilə qədərki dövr üçün Ermənistanda siyasi rejim dinamikasının hərbi -kriminal xuntadan diktaturaya keçid kimi xarakterizə olunur və bu dövlətin son 22 ildə daxili siyasətinin ən klassik ifadə formasıdır. Bütün bunların fonunda Prezidentin " Ermənistanda siyası məhbuslar üzrə məruzəçi niyə təyin edilmir "sualı Avropa strukturlarında kök atmış ikili standart iş üsuluna ağır ittiham kimi də qəbul oluna bilər.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Prezident pandemiya ilə çox çətin mübarizə şəraitində Azərbaycanın daxili və xarici siyasətinin durmadan təkmilləşdirildiyi barədə maraqlı fakt və mesajlar səsləndirdi. Prezident bir daha nümayiş etdirdi ki, Azərbaycan bütün şəraitlərdə təşəbbüskar ölkədir: "Eyni zamanda Prezident Əliyevin söylədikləri Azərbaycanın istənilən çətinlikdən nisbətən ən az itki ilə çıxmağı bacardığını sübut etdi. Prezident onu da təlqin etdi ki, Azərbaycan çətin vəziyyətlərdən nəinki az itki ilə, hətta müəyyən uduş imkanları yaradaraq da çıxa bilir. Tək pandemiya dövründə 36 yeni xəstəxananın, 20-dən çox yeni laboratoriyanın yaradılması ,testlərin sayının fantastik dərəcədə artırılması ,aqrar və qeyri-neft sektorlarında artım, valyuta ehtiyatlarımızın çox cüzi olaraq azalması və mövcud sosial layihələrdən əlavə yeni-yeni " rifah paketlərinin "tətbiqi təkzibolunmaz faktlardır və bir daha sübut edir ki,Azərbaycan pandemiyadan müəyyən itkilərə məruz qalsa da ,sonda onu güclənərək başa vurmaq imkanlarına malik bir neçə ölkədən biri olacaq".

Baş redaktor deyib ki, Ermənistanın faşist-diktatura siyasətinin ifşasına yönəlik fikirlər dünyada Ermənistanın təcavüzkar imicini daha da möhkənləndirməkdə sözsüz böyük rol oynayacaq: "Həqiqətən də Prezidentin dediyi kimi, Xocalı soyqırımını törədən, özgə torpaqlarını işğal edən,etnik təmizləmə aparan bir ölkə hansı məntiqlə demokratik dövlət sayıla bilər?!

Azərbaycan prezidenti Avropa ölkələrinin liderlərinə həm də onların dünyada öz nüfuz və reytinqlərinin bərpası üçün gərəkli olacaq qiymətli düşüncə materialı verdi.Prezidentin " Avropada erməni lobbisinin fəaliyyəti korrupsiya fəaliyyətidir və araşdırılmalıdır"fikri tam real olmaqla Avropa liderləri üçün çox ciddi hərəkət motivinə çevrilməlidir.

Ekspert deyib ki, Prezident Minsk Qrupunun fəaliyyət imitasiyasının əsil mahiyyətini bütün dünyaya göstərdi: "Ümumi ifadələrlə kifayətlənmək və Ermənistanın konkret təxribat əməllərinin cavabsız buraxıldığına dair Prezidentin dedikləri tam reallığı ifadə edir və Minsk Qrupunun sadəcə prosesləri "yola vermək"siyasətinə layiq olduğu qiymətin verilməsidir.Prezident Minsk Qrupunun bu vaxta qədərki və bundan sonrakı tarixində qaçılmaz bir keçid nöqtəsində olduğunu əsaslandırdı.Azərbaycan Prezidenti göstərdi ki,Minsk Qrupu ya fəaliyyətində ciddi dönüşlər yaradaraq Ermənistanın danışıqlara qarşı təxribat əməllərinə ünvanlı qiymət verməli ,ya da 28 il nəticəsiz şəkildə "yola verdiyi" vasitəçilik missiyasını rüsvayçılıqla başa vurmalıdır.

Azərbaycan prezidentinin son illərdə ilk dəfə Azərbaycanın öz hərb haqqını beynəlxalq hüququn konkret maddələri ilə əsaslandırması əlaqədar dünya dairələri üçün ciddi siqnal olmalıdlr.Beynəlxalq dairələr Prezident Əliyevin fikirlərini nəticəsiz danışıqlara bu qədər dözüm göstərməyin son kompromis həddi kimi qəbul etməlidir".