• çərşənbə, 24 Aprel, 01:01
  • Baku Bakı 14°C

Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilir

08.09.17 17:30 931
Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilir
Azərbaycanda hərbi çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir.

APA-nın məlumatına görə, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı Azərbaycan Prezidenti tərəfindən təqdim olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndinin dəyişdirilməsi barədə təklifinə baxılacaq.

Layihəyə əsasən, hazırda qüvvədə olan "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Bunun əvəzinə, göstərilən müddət qüvvədə qalmaqla, artıq qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

Layihəni şərh edən komitə üzvü deputatZahid OrucAPA-ya bildirib ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malikdir və burada xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyatın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılması yolverilməz sayıldığı üçün bu təklif irəli sürülüb: "Yəni həmin şəxslərin vəzifələrini itirdikdən sonra belə məlumat daşıyıcısı olmalarını nəzərə alaraq, onların qeydiyyatı məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq. Bununla həmin şəxslərin məxfiliyi qorunub saxlanacaq”.

Layihə komitənin sentyabrın 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər