• çərşənbə axşamı, 19 mart, 06:27
  • Baku Bakı 8°C

Hərbi avantyura ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır

14.07.20 09:22 561
Hərbi avantyura ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır
Bu cür hərbi avantyura sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkilatlari münaqişəyə qoşmağa və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Lenta.ru-ya açıqlamasında deyib.
"Azərbaycan Prezidentinin köməkçisi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində təxribat xarakterli əməllər törətdiklərini və atəşkəs rejimini kobud şəkildə pozduğunu vurğuladı. Atəşkəsin pozulması bütün bu hadisələrin məsuliyyətinin Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir. Bu cür hərbi Hərbi avantyura ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır. Amma İrəvanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquq sənədlərinə belə ziddir. Bundan əlavə, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır", - H.Hacıyev bildirib.
Onun sözlərinə görə, bu, ölkə rəhbərliyinin destruktiv siyasətinin nəticəsi olan COVID-19 infeksiyasının Ermənistanda geniş yayılmasıdır.
"Sərhəddə gərginliyin yaradılması daxili problemlərdən yayındıracaq. Ölkəmiz sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib. Bilirsiniz, bir daha bir fakt əlavə etmək istəyirəm: 12 İyul, bazar günü, Ermənistan tərəfdən zirehli texnika və canlı qüvvələrin yerdəyişmələrin müşaidə etdik. Biz bunu artilleriyadan istifadə olunan hücumun əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik. Lakin sonda erməni tərəfi heç bir şey əldə edə bilmədi", - H.Hacıyev deyib.
Azərbaycan Prezidentinin köməkçisi vurğuladı ki, Bakı hər zaman Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək təxribatların qarşısını almağa və bu kimi hadisələri aradan qaldırmağa hazırdır.
"Qazax və Tovuz bölgələri boyunca sərhəddin bu sahəsində Azərbaycanın dövlət sərhəd xidməti bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş etməkdə davam edir. Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma Ermənistanın Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdikdən 30 ildir ki davam edir. Silahlı qüvvələrimiz indi də orada üz-üzə dayanır. Bu Birinci və İkinci Dünya Müharibəsinin 100 min əsgərin üzbəüz dayandıqları ssenarilərə bənzəyir. İstənilən vaxt qarşıdurma gözlənilir. Hələ də təxribat gözlənilirmi - Ermənistan tərəfindən soruşmalıyıq, çünki məhz onlar Azərbaycan torpaqlarını işğal keçiriblər", - Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, artıq İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri narahatlıqlarını ifadə ediblər.
"Bu ölkələrə Ermənistanın məsuliyyətsiz siyasətinə laqeyd olmadıqlarına görə təşəkkür edirik. Qonşularımız dünyada vəziyyətin qeyri-sabit olduğunu və müharibə alovlanacağı təqdirdə onlarada təsir edəcəyini başa düşürlər. Ermənistan düşünülməmiş hərəkətlər edir və onların fəsadlarının qayğısına qalmır. Azərbaycan həmişə bu məsələni sülh yolu ilə həll etməyə hazırdır və biz həmişə buna təşəbbüs göstəririk. Daima ATƏT nümayəndəsi ilə məsələləri müzakirə edirik və digər ölkələrin diqqətini yayındırmaq istəmirik, amma Ermənistan digər bölgələri öz təxribatına cəlb etməkdə çox maraqlıdır", - Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi həmçinin bu məsələnin həllində Rusiyanın rolunun çox böyük olduğunu vurğulayıb.
"Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazım olan addımlar atıblar, bunu çox yüksək qiymətləndiririk. Ancaq təəssüf ki, erməni işğalyönlü və təxribatçı addımlar məsələnin sülh yolu ilə həllinə imkan vermir. Bütün beynəlxalq ictimayyəti Ermənistanı hesabat verməyə cəlb etməyi çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir və onun bu təcavüzkar siyasəti bir sıra digər ölkələrə də təhlükə yaradır", - Hikmət Hacıyev əlavə edib.
banner

Oxşar Xəbərlər