• cümə, 19 Aprel, 13:34
  • Baku Bakı 25°C

Hərbçilərə ev verildi

15.11.13 18:26 1608
Hərbçilərə ev verildi
Bu gün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanının icrası məqsədilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.
Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirib, zabitlərə və onların ailə üzvlərinə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb.
Qeyd edək ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən, 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.
banner

Oxşar Xəbərlər