• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Hərbçilər Bakıya toplaşır: bu dəfə futbol oynamağa

16.05.13 18:05 1507
Hərbçilər Bakıya toplaşır: bu dəfə futbol oynamağa
İyulun 2-14-ü aralığında Bakıda hərbçilər arasında futbol üzrə I dünya kubokunun oyunları keçiriləcək. Anspress-in verdiyi xəbərə görə, milli komandamızı dünya kubokunun oyunlarına AFFA və Müdafiə Nazirliyi tərəfindən təyinat almış məşqçi Nazim Süleymanov çıxaracaq.
Millimizin iyun ayının ortalarından dünya kubokunun oyunlarına hazırlaşacağı bildirilir. Hərbçilərdən ibarət milli komandaya başçılıq edəcək Nazim Süleymanov artıq özü üçün heyəti müəyyənləşdirib.
Ümumlikdə 30 nəfərlik siyahı hazırlayan baş məşqçi bu futbolçulardan 21-ni əsas heyətə, 4-nü isə ehtiyata çağırmaq niyyətindədir. Millinin heyətinə, əsasən, hərbi xidmət yaşı çatmış futbolçular çağrılacaq.
Nazim Süleymanovun sözlərinə görə, finala vəsiqə qazanmaq üçün millimiz qrupda ilk iki yerdən birini tutmalıdır:
“Təlim məşq toplanışını məşqçi iyunun 13-dən etibarən başlamağı planlaşdırır. Təlim məşq toplanışı zamanı yığma komandamızın bir neçə yoldaşlıq görüşlərində də sınanması gözlənilir. Hərbçilər arasında dünya kubokunun finalında millimiz A qrupunda Kanada, İraq və Mali yığmalarına qarşı çıxış edəcək. Finala vəsiqə qazanmaq üçün millimiz qrupda ilk iki yerdən birini tutmalıdır. Dünya kubokunda yığmamızla yanaşı, daha 15 ölkə mübarizə aparacaq. Çempionata iyulun 2-də start veriləcək. Final oyunu isə iyulun 14-dü baş tutacaq".
banner

Oxşar Xəbərlər