• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

"Hər kəsi Ayasofya ilə bağlı qərara sayğı göstərməyə dəvət edirəm"

11.07.20 10:30 554
"Hər kəsi Ayasofya ilə bağlı qərara sayğı göstərməyə dəvət edirəm"
Ayasofya məscidindən necə istifadə etmək Türkiyənin suveren haqqıdır. Hər kəsi Ayasofya qərarına sayğı göstərməyə dəvət edirəm. Bu məscid iyulun 24-də Cümə namazının qılınması ilə ibadətə açılacaq.
AZƏRTACxəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Apelyasiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin Ayasofyanın məsciddən muzeyə çevrilməsi haqqında 1934-cü il 24 noyabr tarixli qərarının ləğv edilməsinə dair xalqa müraciətində söyləyib. Ayasofyanın tarixi və məscidə çevrilməsindən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, türk xalqı tarixin bütün dövrlərində mədəniyyətlərə, eləcə də memarlıq işlərinə ehtiramla yanaşıb. Türkiyədə hazırda 435 kilsə və sinaqoqun ibadətə açıq olduğunu ifadə edən dövlət başçısı diqqətə çatdırıb ki, fərqli inanclara xoş münasibət bəsləmək dinimizin hökmüdür.
Beləliklə, 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Ayasofya 86 ildən sonra yenidən müsəlmanların ibadət hüququna qaytarılıb.
Qeyd edək ki, iyulun 10-da Ayasofya məscidinin həyətində axşam namazı qılınıb.
banner

Oxşar Xəbərlər