• cümə, 19 Aprel, 17:00
  • Baku Bakı 25°C

Hər il fevralın 26-da ilk dərs Xocalıya həsr olunur - Təhsil naziri

26.02.21 13:15 357
Hər il fevralın 26-da ilk dərs Xocalıya həsr olunur - Təhsil naziri
Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
Nazir qeyd edib ki, xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir:
"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq".
banner

Oxşar Xəbərlər