• cümə axşamı, 28 mart, 20:20
  • Baku Bakı 13°C

Hər hansı bir təhlükəyə hazır olmayan Ermənistan

18.03.20 16:07 1228
Hər hansı bir təhlükəyə hazır olmayan Ermənistan
Paşinyan bunu öz gözləri ilə müşahidə etdi

Koronovirus pandemiyası Ermənistan hakimiyyətini çıxılmaz duruma salıb. Bəlli olur ki, ölkə hər hansı bir təhlükəyə adekvat deyil. Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanla paytaxt Yerevanın apteklərinə baş çəkməyə qərar verib. Məlumata görə, apteklərdəki müşahidələrinisosial şəbəkədə birbaşa yayımlayan baş nazir bir sıra malların defisit olduğunu aşkarlayıb.
"Maska, spirt və alkoqol yoxdur", - aptekin işçisi Paşinyana və Arutunyana bildirib. İşçi malların neçə gündür olmaması barədə suala "iki gündür yoxdur” cavabını verib. "Bu pisdir. Maska problemi haqqında bilirik, amma alkoqol olmalıdır", - baş nazir fikirlərini yekunlaşdırıb. Bundan sonra Paşinyan və Arutunyan başqa aptekə daxil olublar. Həmin aptekdə də spirt və alkoqol tapılmayıb. Baş nazir həmçinin üçüncü aptekdə də həminmalların yoxluğunun şahidi olub.
Ermənistanda kronavirusa yoluxanların sayı isə artıq 84 nəfərə çatıb. Xatırladaq ki, Ermənistan hökuməti iki gün əvvəl COVID-19 yayılmasına görə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xüsusi rejim aprelin 14-ə qədər qüvvədə olacaq. Referendum da təxirə düşüb. Hakimiyyətin düşdüyü ağır durum əhalini hərəkətə gətirib. Ermənistanda koronavirusa yoluxmaların artdığı bir vaxtda karantinə bağlanmış Eçmiadzin şəhərindəArmen Abrahamyanadlı bir vətəndaş video vasitəsilə həmvətənlərinə müraciət edib: "Təsəvvür edin ki, bu, müharibədir. Müharibə şəraitində öz mənfəəti üçün güllə satmaq qəbuledilməzdir. Koronavirus pandemiyası da belədir. Tibb maskalarının mənfəət naminə satılması tamamilə yanlışdır”. Bu çağırışın ardınca o deyib ki, maskaların hazırlanması üçün könüllülər, materiallar toplayır və emalatxana axtarır. Armen bildirir ki, bu elanı verməzdən bir neçə gün əvvəl xəstəxanadakı arvadına baş çəkəndə orada tibb heyətinin maskasız olması onu dəhşətə gətirib. Tibb bacılarından biri Armenə deyib ki, hazırda Ermənistanda maska tapmaq qeyri-mümkündür. Onu təşəbbüsə sövq edən də məhz bu epizod olub. Armen özündən başlayıb. Əvvəlcə 100 metrlik bir top bez alıb. Bundan sonra onun ailəsi və qohumları tibb maskaları tikməyə başlayıblar. Armenin qardaşı Xaçaturdeyib ki, onlar hazırladıqları maskaları Eçmiadzin boyunca xəstəxanalara, mağazalara, hətta yol polisinə pulsuz paylayırlar. Taksi sürücülüyü edən Xaçatur bildirir ki, Ermənistanın apteklərində maskalar bir xeyli əvvəl qurtarıb. Odur ki, indi maskanı yalnız əldən, amma 1000 drama (2 dollara) almaq olur. Bu isə maskanın öz qiymətindən 50 dəfə bahadır. O bildirir ki, könüllülər kampaniya ərzində, yəni cəmi dörd gündə 4 min pulsuz maska paylayıblar. Digər tərəfdən könüllü ordusu da genişlənir. İndi bu təşəbbüsə 45 nəfər qoşulub.
Armen deyir ki, onların hazırda bu işi davam etdirmək üçün kifayət qədər materialı var. Onlara tikiş maşını bağışlayan da olub. İndi daha bir sterilləşdirmə dəzgahı axtarırlar. Xaçatur bildirir ki, əlbəttə, hamını bu qorxulu virusdan qorumaq mümkün olmayacaq, amma xəstələnəcək insanların sayını azaltmaq mümkündür.
Özünün "Facebook” səhifəsində Ermənistanın "Milli gündəm” partiyasının şura üzvü Avetik Çalabyan isə yazıb ki, üç gün əvvəl Ermənistanda koronavirusa yoluxmuş 3 yeni hal təsdiq olunanda təbliğatı dayandırmağa və bütün ciddiliklə, məsuliyyətlə ölkəni epidemiyadan qorumaq üçün hazırlaşmağa çağırış edib. O qeyd edib ki, ordunu virusun yayılmasından kənar saxlamaq xüsusi əhəmiyyət kəsb edir, çünki o, ölkənin təhlükəsizliyi üçün ağır nəticələrə gətirib çıxara bilər. "Təəssüf ki, bu müddət ərzində infeksiya ölkəmizdə sürətlə yayılmağa başladı. Bu, Qarabağda (işğal altında olan Azərbaycan torpaqları) yerləşən hərbi hissələr baxımından daha vacibdir, onların qismən parçalanması belə, sadəcə həyati nəticələrə malik ola bilər”, - deyə Çalabyan yazıb.
Öz növbəsində keçmiş baş naziri Qrant Baqratyan "Facebook” səhifəsində yazıb ki, ümumiyyətlə, bizə fövqəladə vəziyyət elan etmək lazım deyildi: "Böyük, fövqəladə addımlar lazım idi. Yoxdur. Bəlkə də bir neçəsi. Nə etmək lazım olduğu əvvəlki statuslarımda yazılıb. Bunlardan 2-3-nü nəzərə alıblar”. O bildirib ki, 16 gün əvvəl referendumu təxirə salmaq və ləğv etmək barədə yazıb. "Nikolçular ələ salırdılar. Kim haqlı idi? İndi də deyirəm: hazırda mətbuatda nəşr olunmuş fövqəladə vəziyyət haqqında qanunda ciddi çox az şey var. İnfeksiyanı ən çox pul yayır”, - deyə Baqratyan qeyd edib. "Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan də "Facebook” səhifəsində Paşinyan hakimiyyətini sərt tənqid edib. Bildirib ki, unutmuruq, mütəmadi olaraq xatırladacağam, Ermənistan öz tarixi ərzində heç vaxt bu qədər qeyri-ciddi, məzmunsuz, mənasız, məqsədsiz və vəziyyətə qeyri-ekvivalent olmayıb. "Hraparak” nəşri isə yazır ki, Ermənistan səlahiyyətliləri dara düşüblər və əvvəlkilərin dəstəyinə arxalanmaq qərarına gəliblər. Bildirilir ki, martın 17-də Ermənistan parlamentində qapalı müzakirə təşkil olunub. Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan, baş nazirin müavini Vaçe Qabrielyan, ictimai maliyyə mütəxəssisi Hovhannes Avetisyan və iqtisadçı Aşot Xurşudyan ölkədə koronavirusla əlaqədar yaxın gələcəkdə mümkün iqtisadi geriləmə məsələlərini müzakirə etmək üçün müzakirəyə dəvət olunub. Onlar peşəkar komissiya yaratmaq niyyətindədirlər. Komissiyada bacarıqlı mütəxəssislər tərəfindən vəziyyəti yumşaldacaq çıxış yolları təklif olunacaq. "Hraparak” nəşri Aşot Xurşudyandan müzakirənin detallarını müəyyənləşdirməyə çalışıb, lakin o bildirib ki, qapalı müzakirə olub və bu barədə danışmayacaqları ilə bağlı qərar var. Maraqlıdır ki, iqtisadiyyatın böhran idarəetməsi sahəsində ən yaxşı mütəxəssislərdən biri olan Hrant Baqratyan müzakirəyə dəvət olunmayıb. Bu o deməkdir ki, erməni səlahiyyətlilər hətta dar vəziyyətdə belə ambisiyalarından əl çəkmirlər. Ermənistan Qida Təhlükəsizliyi Xidmətinin birinci rəisi Qriqor Qriqoryan hökumətin atdığı addımlar barədə danışıb və bildirib ki, koronavirusun yayılması artıq idarəolunmaz hala gəlib. O qeyd edib ki, bu hadisələr Paşinyanın hakimiyyətinə çox ciddi təsir edə bilər. "Nikol Paşinyan, hakimiyyəti səssiz şəkildə təhvil verməyə hazırlaşın”, - deyə Qriqoryan bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər