AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir

Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir

Cəmiyyət
06 Dekabr 2019, 14:51 276
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı keçirilən bütün tədbirləri mütərəqqi hal hesab edirəm.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir:
"Bilirsiniz ki, qlobal miqyasda ətraf mühitin qorunması çox ciddi bir məsələdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınan yaşıllıq zonaları ətraf mühitin qorunması üçün görülən mühüm işlərdəndir. Bu aksiya, eyni zamanda böyük mütəfəkkir, filosof, dahi şair Nəsiminin 650 illiyinə həsr olunur. Azərbaycanda salınan yeni yaşıllıq zonaları ölkəmizin daha da gözəlləşməsi və zənginləşməsinə böyük töhfədir”.
M.Qurbanlı sonda qeyd edib ki, hər bir ata həyatda üç iş görməlidir: ev tikməli, övlad böyütməli və bir ağac əkməlidir.
Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.