• cümə, 19 Aprel, 18:26
  • Baku Bakı 24°C

Hər bir vətəndaş dövlətin koronavirusa qarşı atdığı addımlara dəstək olmalıdır

04.04.20 12:07 478
Hər bir vətəndaş dövlətin koronavirusa qarşı atdığı addımlara dəstək olmalıdır
Hər bir vətəndaş dövlətin koronavirusa qarşı atdığı addımlara dəstək olmalı, məsuliyyətli olmalıdırlar.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, vətəndaşlar tətbiq edilən qadağalara məhəl qoymasa, Azərbaycanda da itkilər digər ölkələr kimi artacaq, virus sürətlə yayılacaq:
"Bu prosesdə dövlət üzərinə düşən bütün tədbirləri görür və görməkdə davam edir. Bütün tədbirlər yüksək səviyyədə görülür. Dövlət istəyir ki, biz bu bəladan kifayət qədər az itki ilə çıxa bilək. Hökumət Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün nə lazımdırsa edir".
Deputatın sözlərinə görə, bəzi vətəndaşlar bu məsələyə məsuliyyətsiz yanaşır, qadağalara məhəl qoymaq istəmirlər:
"Həmin vətəndaşlar anlamalıdırlar ki, onlar bu məsuliyyətsizliklə təkcə özlərinin deyil, onlarla vətəndaşın həyatını təhlükəyə atır. Həmin şəxslər bilməlidirlər ki, onlarözlərindən başqa, ailə üzvlərinin, yaxınlarının, dostlarının, ətrafındakıların həyatına qəsd edir. Məlumdur ki, bir nəfər koronavirusa yoluxan şəxs 400 nəfəri bu virusa yoluxdura bilər. Bu isə o deməkdir ki, həmin şəxs özü ilə yanaşı, 400 nəfərin həyatını təhlükəyə atır. Başqasının həyatına qəsd etmək isə cinayətdir. Onlar bunu dərk etməlidirlər. Buna görə də vətəndaşlar biganəlik etməməlidir. Xüsusi karantin qaydalarına hər bir kəs əməl etməli, özünü, ailəsini və yaxınlarını qorumalıdırlar".
E.Məmmədov vurğulayıb ki, vətəndaşlar əsassız olaraq evdən çölə çıxmamalıdırlar:
"Hər bir vətəndaş təkcə özünü deyil, xalqı, milləti düşünməlidir. Hamımız özümüzü, yaxınlarımızı, millətimizi, dövlətimizi qorumalıyıq. Hər bir vətəndaş dövlətin koronavirusa qarşı atdığı addımlara dəstək olmalı, məsuliyyətli olmalıdırlar. Bu qaydalara məsuliyyətsiz yanaşsaq, digər ölkələrdəki faciələr bizdə də baş verəcək, ölüm sayları kəskin artacaq, yoluxmaların qarşısını almaq mümkün olmayacaq. Mən bir millət vəkili kimi, bir vətəndaş kimi bütün soydaşlarımıza müraciət edirəm ki, bütün qayda və göstərişlərə riayət edək, ətrafımızdakıları bu qaydalara riayət etməyə çağıraq".
banner

Oxşar Xəbərlər