Həqiqi demokratiyanın yeni miladı - ABŞ-da yaşananları şərtləndirən amillər
"ABŞ-da baş verənlər əslində həqiqi
demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər. Çünki bu vaxta qədər bütün dünyaya
ideal demokratya kmi təqdim edilən amerika demokratiyası heç də həqiqi
demokratiya deyil tamamilə elita demokratiyası kimi səciyyələndirilə biləcək
demokratiya idi. Bunun
əsasını isə demokratiyanın ilkin mənbəyi kimi xarakterizə olunanan seçki
sistemi təşkil edirdi”.
Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili,
politoloq Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, Amerikada 200
illik demokratiya tarixində heç vaxt sadə seçici birbaşa səs verməklə öz
mövqeyini ortaya qoya bilməyib, onun səsi sadəcə təmsilçi seçməklə məhdudlaşdırılıb:"Ona görə də Amerika demokratiyasından danışanda
onu təmsilçi demokratiya adlandırılar. Bu
isə əslində bir qrup siyasi elitanın hətta bir qədər də dəqiqləşdirsək
anqlosakson elitanın maraqlarına xidmət edən demokratiya idi. Bu demokratiya hətta
o dərəcədə süni idi ki, nəinki xalqı siyasi iştirakçılıqdan kənarda qoyur, hətta elitanın içərisində belə "demokratik
lider”lər
layihə formasında həyata keçirilirdi. Nəticə isə ölkədə respublikaçılar və demokratlar
arasında hakimiyyət ötürülməsini
təmin edən mexanizm yaratmaqla,
vətəndaş
təşəbbüskarlığını, iştirakçılığını minumuma endiridi. Bu, heç də həqiqi demokratiya
adlandırıla bilməzdi. Donald
Trap
məz bu "layihələndirilimiş” demokrtaiyaya və onun seçki
sistemindəki qüsurlara etiraz edərək, bir növ Amerika demokratiyasını təftişə məruz
qoydu. Və
dərhal bəlli oldu ki, bu demokratiya dayanıqlı və demokratik təzyiqə dözümlü
olan daxili struktura malik deyil”.
Millət vəkili bildirib ki, hazırda
ABŞ-da yaşananları şərtləndirən amillər bu sistemin yaratdığı məhdudiyyətlərdən
doğan amillərdir: "Bu
gün bir sıravi Amerika
vətəndaşı senata daxil olub "bura
mənim evimdir” şüarı
səsləndirə bilirsə,
bu
200 illik ABŞ demokratiyasının 200 il ərzində adi vətəndaşa bu şüarı səsləndirə
biləcək qədər cəsarət haqqı tanımasının yeganə nümunəsidir. Yəni əslində xalqın nəhayət həqiqi
demokratiya uğrunda mübarizəyə iddialı olmasının göstəricisidir. Ona görə də 6 yanvar hadisələrindən
sonra hadisələr bu cür inkişaf etməkdə davam edərsə, ABŞ-demokratiya tarixində yeni
keyfiyyət mərhələsi başlaya bilər. Sonuncu
prezident seçkilərindən əvvəl keçirilən rəy sorğusunda iştirak edən respondentlərin
kimə və nə üçün səs verəcəkləri ilə bağlı suala təqribən 30 faiz iştirakçı
öz mövqelərini kiçik və orta biznesə olan münasibətə görə müyyən etdiklərini
ifadə etmişdilər. Bu
kateqoriyaya əsasən latındillilər daxildir. İrqi
məsələlərə görə öz siyasi mövqeyini dəqiqləşdirənlər isə ümümi respondentlərin
20 faizə qədərini təşkil edirdi. Bunlar da əsasən afroamerikanların mövqeyi idi. 17
faiz isə pandemiyaya qarşı mübarizə metodlarının effektivliyinə görə öz siyasi mövqelərini dəqiqləşdirəcəklərini
demişdi və sair. Göründüyü
kimi təkcə bu müqayisədə artıq elə reallıqlar ortaya çıxır ki, onlar rəsmi nəticələrdə
təsdiqini tapmır. Əslində
narazılıq edənlər də elə onlardır. Daha xırda detallara girmədən ümumiləşdirmə
aparsaq görəcəyik ki, baş verən hadisələr səbəbsiz deyil. Bu isə ABŞ demokratiyasının heç də
təqdim edildiyi kimi ideal olmadığının göstəricisidir”.
Alpər TURAN