• cümə, 26 Aprel, 03:52
  • Baku Bakı 16°C

Həndbol üzrə XXV Azərbaycan çempionatına start verilir

07.10.17 17:45 1571
Həndbol üzrə XXV Azərbaycan çempionatına start verilir
Bu gün həndbol üzrə XXV Azərbaycan çempionatına start verilib.
Azərbaycan Həndbol FederasiyasındanAZƏRTAC-a bildirilib ki, ölkə birinciliyində 10 komanda iştirak edəcək.
Kişilərin yarışında "Bakı”, RİOEUGİM, "Təhsil”, "Məhsul”, qadın həndbolçuların mübarizəsində isə "Azəryol”, ”Azərsu”, "İdman Akademiyası”, "Gənclər Birliyi”, "Qarabağ” və "Nur” kollektivləri qələbə uğrunda mübarizə aparacaqlar.
Çempionatın açılış oyununda "Bakı” və "Məhsul” klubları üz-üzə gəliblər. Daha sonra "Qarabağ” və "Azəryol” komandaları meydana çıxacaqlar.
Saat 17:00-da ölkə çempionatının açılış mərasimi keçirilib. İlk yarış gününə "Azərsu” və "Nur” həndbolçularının qarşılaşması ilə yekun vurulacaq.
banner

Oxşar Xəbərlər