• cümə axşamı, 28 mart, 19:33
  • Baku Bakı 13°C

Həmyerlimiz DÇ-də gümüş medal qazandı

17.09.13 09:35 2038
Həmyerlimiz DÇ-də gümüş medal qazandı
Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə sərbəst güləş üzrə 55, 66, və 96 kq çəki dərəcəsində güləşçilər mübarizə aparıb.
55 kq-da mübarizə aparan Yaşar Əliyev 1/16 finalda Bexbayar Erdenebatla (Monqolustan) mübarizədən məğlub ayrılıb və mübarizəni erkən dayandırıb.
66 kq-da yarışan Ağahüseyn Mustafayev də 1/32 finalda Hayslan Qarsiyaya (Kanada) uduzub.
96 kq çəkidə mübarizə aparan Xetaq Qazyumov isə finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda İranlı Reza Yezdani ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə yığmamız ilk günü bir gümüş medalla başa vurub.
1/16 final - Xetaq QAZYUMOV - Yuri Maier (ARG) (8:0)
1/8 final - K.Skazkieviç (POL) - Xetaq QAZYUMOV (1:4)
1/4 final - Aleksey Krupnyakov (KGZ) - Xetaq QAZYUMOV (0:8)
1/2 final - Anzor Boltukayev (RUS) - Xetaq QAZYUMOV (2:4)
FİNAL - Xetaq QAZYUMOV - Reza Yazdani (IRI) (2:4)
banner

Oxşar Xəbərlər