• cümə axşamı, 18 aprel, 17:11
  • Baku Bakı 22°C

Həmsədrlər Rusiya XİN-də məsləhətləşmələr keçirib, MN-in nümayəndələri ilə görüşüblər

19.11.20 15:00 416
Həmsədrlər Rusiya XİN-də məsləhətləşmələr keçirib, MN-in nümayəndələri ilə görüşüblər
"Noyabrın 17-19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdədirlər”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ və Fransadan olan həmsədrlər, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Moskvadadırlar: "Onlar Rusiya XİN-də məsləhətləşmələr keçiriblər. Həmsədrlər eləcə də Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə görüşüblər. Həmsədrlərin atəşkəs sonrası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əməkdaşlığı müzakirə olunub”.
Rusiya XİN-in rəsmisi ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə təmasları dayandırmadığını da qeyd edib: "Bu təmaslar bütün gün ərzində davam edir”.

banner

Oxşar Xəbərlər