• cümə, 29 Mart, 15:12
  • Baku Bakı 14°C

Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar

29.03.17 19:05 723
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar.

APA-nınATƏT-ə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub. DiplomatlarAzərbaycan və Ermənistan prezidentləri, eləcə də Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşüblər. OnlarDağlıq Qarabağətrafı ərazilərə də səfər ediblər.

Bəyanatda qeyd olunur ki, danışıqlarda həmsədrlər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatlıqlarını bir daha qeyd ediblər və tərəfləri çıxışlarında və addımlarında təmkinli olmağa çağırıblar. Bildirilir ki, prezidentlər həmsədrlərin atəşkəsi gücləndirmək və xüsusilə Novruz və Pasxa bayramları ərəfəsində vəziyyətin eskalasiyasından çəkinməklə bağlı təkliflərinə dair mövqelərini açıqlayıblar. Onlar siyasi həll istiqamətində danışıqların davam etdirilməsinə sadiqliklərini ifadə ediblər.

Vasitəçilər danışıqlardaATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasına və onun genişləndirilməsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması üçün atəşkəsə hörmət son dərəcə vacibdir.

Həmsədrlər tezliklə Vyanaya səfər edəcək vəATƏT-in Minsk qrupunun üzvləri ilə bir araya gələcəklər.

Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar.
banner

Oxşar Xəbərlər