• cümə axşamı, 28 mart, 17:30
  • Baku Bakı 16°C

Həmsədrlər Dağlıq Qarabağa gedəcəklər

11.10.16 17:57 1060
Həmsədrlər Dağlıq Qarabağa gedəcəklər
Regiona növbəti səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş Dağlıq Qarabağa da getməyi planlaşdırırlar.

APA-nın məlumatına görə, bu sözləri Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın "news.am” agentliyinə müsahibəsində deyib. O, bölgəyə səfərin bu ayın sonunda baş tutacağını və iki ölkənin rəhbərləri ilə görüşəcəklərini bildirib: "Bu, Vyana və Sankt-Peterburqa yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcəklər. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur”.
banner

Oxşar Xəbərlər