• cümə axşamı, 18 aprel, 21:18
  • Baku Bakı 21°C

Həmsədr: “Regiona səfərlə bağlı məsləhətləşmələr aparırıq”

10.01.17 12:50 946
Həmsədr: “Regiona səfərlə bağlı məsləhətləşmələr aparırıq”
"Mən və həmsədr həmkarlarım regiona səfərlə bağlı ən uyğun vaxtı müəyyənləşdirmək üçün sıx şəkildə məsləhətləşmələr aparırıq”.
BunuAPA-ya Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib.
Həmsədr təyinatına münasibət bildirən diplomat bundan şərəf duyduğunu qeyd edib: "ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsini daşımaqdan böyük şərəf duyuram. Bu, böyük hissəsini postsovet məkanı üzrə həyata keçirdiyim karyeram boyunca çox yaxından izlədiyim məsələdir. Bilirəm ki, bu münaqişə bütün cəlb olunmuş tərəflərin siyasi iradəsi sayəsində mümkündür.
Mən münaqişənin həllini tapmaq işində aktiv iştirak etmək üçün tərəfləri həvəsləndirmək məqsədilə həmsədr həmkarlarımla sıx işləmək niyyətindəyəm".
banner

Oxşar Xəbərlər