• çərşənbə, 24 Aprel, 12:27
  • Baku Bakı 27°C

Həkimləri Təkmilləşdirmə İnstitutu: “Azərbaycanda pnevmoniya xəstəliyi çox geniş yayılıb”

13.11.17 13:49 1195
Həkimləri Təkmilləşdirmə İnstitutu: “Azərbaycanda pnevmoniya xəstəliyi çox geniş yayılıb”
"Azərbaycanda pnevmoniya xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir”.
APA-nın məlumatına görə, bunu Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, kəskin pnevmoniya (sətəlcəm) ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur: "Kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəbləri siyahısında kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklər və zədələrdən sonra 4-cü yerdə dayanır”.
N. Fərəcova əlavə edib ki, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil:"Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda bu xəstəliyin yayılmasına daha çox rast gəlinir. Pnevmoniyanın 4 ağırlıq - yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur. Ahıl xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir. Bu səbəbdən də belə xəstələrdə pnevmoniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir. Pnevmoniya dedikdə kəskin xəstəlik forması nəzərdə tutulur”.
banner

Oxşar Xəbərlər