• cümə axşamı, 28 mart, 23:12
  • Baku Bakı 13°C

Həkimlər əməliyyat otağında futbola baxdılar, ara qarışdı - Video

30.06.17 10:53 1319
Həkimlər əməliyyat otağında futbola baxdılar, ara qarışdı - Video
Konfederasiyalar Kubokunun yarımfinalında keçirilən Çili-Portuqaliya qarşılaşması böyük marağa səbəb olub.
Kaspi.az xəbər verir ki, oyuna xüsusən də Çilidə böyük maraq olub. Qalibin penalti seriyasında müəyyənləşdiyi qarşılaşmanı çilili həkimlər əməliyyat otağında izləyiblər.
Həkimlər xəstə üzərində əməliyyat aparmaqla yanaşı, Çilinin qapıçısı Bravonun hünərini də alqışlayıblar.
Ancaq deyəsən, həkimlərin futbol sevgisi onlara baha başa gələcək. Artıq Çilidə məsələ ilə bağlı araşdırma başlayıb. Parlamentin deputatları həkimləri məsuliyyətsizlikdə ittiham edərək, onların cəzalandırılmasını tələb edirlər.
Çili Konfederasiyalar Kubokunun finalında Almaniya ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər