• cümə, 29 Mart, 11:25
  • Baku Bakı 5°C

Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik?

06.06.20 15:22 564
Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik?
Həftəsonu karantin qaydalarının yenidən sərt formada tətbiqi vaxtını əyləncəli keçirmək istəyən bəzi insanlar tərəfindən o qədər də xoş qarşılanmır.Trend-in məlumatına görə, "karantin günlərində nə edəcəyik?" deyən belə insanların əksəriyyəti bu günləri səmərəsiz gün kimi dəyərləndirirlər. Əslində isə belə günləri insanların ailə içərisində vaxt keçirə bilməsi üçün verilən bir şans kimi də dəyərləndirmək olar.Mütəxəssislər də bu barədə dəfələrlə bildiriblər ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin və özünütəcrid insanlara özünüinkişaf etdirmək, ailəsi ilə vaxt keçirməyə kifayət qədər imkan verir. Belə günlərdə uşaqlı ailələr öz günlərini daha maraqlı keçirə bilərlər.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində bununla əlaqədar hətta xüsusi maarifləndirmə layihəsi də həyata keçirilib. Layihənin məqsədi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.
Psixoloq Elnarə Baxışlıbildirib ki, epidemiya xarakterli hadisələr istənilən halda insanlarda qorxu və gərginlik hissi yaradır. Çünki bu zaman insan vəziyyətə nəzarət hissini itirir.Psixoloq əlavə edib ki, belə bir halda əsas iş dünya təcrübəsinə nəzər yetirərək düzgün davranış strategiyasını müəyyən etməkdir.E.Baxışlı əlavə edib ki, insanlar dünyada sürətlə yayılan koronavirus təhlükəsinin ciddiliyini nəzərə alaraq, kütləvi tədbirlərdən və ictimai yerlərdən kənar olmalı, özünün və yaxınlarının sağlamlığına təsir göstərəcək gigiyenik davranış qaydalarına riayət etməlidir:"Bu, bir psixoloji sınaqdır. Bu hadisə bizi məcbur etdi ki, həyata fərqli baxaq və həyatımızdakı dəyərləri yenidən qiymətləndirək. Bu səbəbdən ailə dəyərlərini qiymətləndirməliyik. Hər bir epidemiyanın partlayış və sönməsi dövrü olur. Bunu nəzərə alaraq, fikrimizi özümüzü və ailəmizi güclü, pozitiv edən, bizi xoşbəxt edən məqamlara yönəltməliyik".
Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlıbildirib ki, koronavirusla əlaqədar dünyanın bir çox ölkəsində tətbiq olunan məcburi karantin tədbirləri insanları vərdiş etdikləri həyat tərzindən müvvəqqəti uzaqlaşdırır. Buna baxmayaraq, hər bir kəs karantin müddətinin tətbiqinin həm özü, həm də digər insanların sağlamlığı üçün vacib olduğunu dərk etməlidir.
Sosioloq qeyd edib ki, yoluxma ehtimalı çox olan və həssas kateqoriyaya aid edilən yaşlı və xəstə insanların sağlamlığı üçün bu tədbirlərin tətbiqi xüsusilə vacibdir:"Bunun məsuliyyətini hər bir fərd daşımalıdır. İnsanların karantin müddətini səmərəli keçirməsi özlərindən asılıdır. Karantində olan, təcrid şəraitində yaşayan şəxslər bu dövr ərzində özünütəkmilləşdirməyə daha çox vaxt ayıra, daha çox mütaliə edə, maraqlı filmlər izləyə, sosial şəbəkələrdə mümkün olduğu qədər optimist paylaşımlar edə bilər. Bunlar insanların karantin müddətinin daha faydalı keçirməsinə kömək edər”.
banner

Oxşar Xəbərlər