• çərşənbə axşamı, 23 aprel, 10:19
  • Baku Bakı 20°C

Həftəsonu 9 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

19.04.21 12:00 475
Həftəsonu 9 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumatına görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə DİN-dən bildirilib.

banner

Oxşar Xəbərlər