• cümə axşamı, 18 aprel, 23:15
  • Baku Bakı 21°C

Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

18.05.20 13:22 561
Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!
Yeni smartfon alan Azercell abunəçiləri 6 aylıq hədiyyə internet qazanacaq!
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom Apple brendinin pərəstişkarlarına yeni sərfəli kampaniya təklif edir. Kampaniya çərçivəsində Azercell Eksklüziv mağazalarından yenilənmiş dizayna, güclü prosessor və kameraya malik iPhone SE smartfonunu əldə etmiş abunəçilər 6 ay ərzində hədiyyə olaraq hər ay 50 GB internet də əldə edəcəklər. Azercell-in bu təklifi həm yeni, həm də mövcud fakturalı və fakturasız xətt abunəçiləri üçün keçərlidir.
"Apple” şirkətinin Azərbaycandakı yeganə rəsmi telekom tərəfdaşı Azercell abunəçilərinə iPhone SE smartfonlarını əldə edərkən ən qabaqcıl texnologiyaların imkanlarından yararlanmaq fürsətini təqdim edir. Azercell Eksklüziv mağazalarına müraciət edərək yeni növ iPhone SE modellərini müxtəlif rəngi və yaddaş ölçülərinə görə seçin və internetdən istifadə üçün möhtəşəm bonus əldə edin.
Daha ətraflı məlumat üçü[email protected]ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4Gvə test rejimində 5Gtexnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
banner

Oxşar Xəbərlər