• cümə axşamı, 18 aprel, 23:45
  • Baku Bakı 21°C

Hədiyyə kartları vergiyə cəlb olunurmu?

26.09.20 09:15 553
Hədiyyə kartları vergiyə cəlb olunurmu?
Pərakəndə və topdansatış ilə məşğul olan müəssisə (ƏDV ödəyicisi) müştərilərə həm də 50 və ya 100 manat dəyərində hədiyyə kartı satır və onlar sonradan bu kartla mal alırlar. Bu əməliyyat vergiyə cəlb edilirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, müştəriyə satılan hədiyyə kartına görə əldə olunan vəsaitlə bağlı nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda, müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.
Bu zaman hədiyyə kartının satışına və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.
Təqdim edilən hədiyyə kartının dəyəri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.
banner

Oxşar Xəbərlər