• çərşənbə axşamı, 19 mart, 08:05
  • Baku Bakı 8°C

Heç yerə getməyəcək - Məcbur etməsələr

23.05.17 17:00 986
Heç yerə getməyəcək - Məcbur etməsələr
"Monako”nun gənc ulduzu Kilyan Mbappe gələcək karyerası ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Mbappe karyerası ilə bağlı qərarı müstəqil verəcəyini deyib. O, hazırda daimi oyun praktikasının onun üçün daha vacib amil olduğunu vurğulayıb:
"Gələcək karyeramla bağlı qərarı müstəqil verəcəyəm. Nə vaxt lazım olacaqsa, o vaxt da qərara gələcəyəm. İndi elə yaşdayam ki, daim oynamalıyam.
35 yaşım yoxdur ki, gücümə qənaət edim. Daim meydanda olmaq mənim üçün əsas faktordur Qərarı özüm qəbul edəcəyəm. Heç yerə getmirəm, əgər məcbur etməsələr”.
18 yaşlı hücumçu ilə Avropanın nəhəng klubları maraqlanır. "Real”ın ona görə 120 milyon avro təklif etdiyi, amma "yox” cavabı aldığı da bildirilir.
banner

Oxşar Xəbərlər