“Heç yerə getmədim, sadəcə, nömrəmi yenilədim”
Zlatan İbrahimoviçin "Mançester Yunayted”lə yeni müqavilə bağladığı
barədə məlumat vermişdik.
Kaspi.az xəbər verir ki, İbrahimoviç "Mançester Yunayted”də
geyinəcəyi formanın dəstlərindən ibarət şəkil paylaşıb. O, "instaqram”da
paylaşdığı şəklə belə şərh yazıb:
"Mən heç yerə getmədim, sadəcə, nömrəmi yenilədim”.
İbra "Mançester Yunayted”də 10 nömrəli formanı geyinəcək. O, ötən
mövsüm 9 nömrəli formada meydana çıxırdı.