• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

Heç vaxt “Rusiyada hamı əclafdır” deməyəcək

14.11.19 15:30 1062
Heç vaxt “Rusiyada hamı əclafdır” deməyəcək
"Genk”in və Ukrayna yığmasının futbolçusu İqor Plastun ölkəsində baş verə n siyasi hadisələr barədə danışıb.
Kaspi.az xəbər verir ki, Plastun Ukrayna-Rusiya qarşıdurmasına da münasibət bildirib. O, hər şeyin siyasi oyun olduğunu bildirib:
"Rusiya ilə münasibətlər gərginləşəndə çox həyəcan keçirirdim. Nə baş verdiyini, Ukraynanı nəyin gözlədiyini bilmirdim. Hər şeyi ürəyimə salırdım.
Amma vaxt keçdikcə anladım ki, heç nə dəyişməyəcək. Qərara aldım ki, siyasi oyunlarla bağlı heç nə oxumayım. Çünki oxuduqlarım hamısı neqativ idi.
Başa düşdüm ki, daxilimdə nəyisə dəyişə bilmərəm. Ona görə də, mətbuatı oxumaqdan, televizora baxmaqdan imtina etdim.
Bu proses uzun müddət davam edəcək. Sadəcə, bir şeyi özüm üçün qətiləşdirdim: ABŞ-ın, Almaniyanın, Ukraynanın, Rusiyanın siyasi səhnəsində vicdanlı insanlar yoxdur.
Hətta, varsa belə, onlar qlobal məsələləri həll etməkdə acizdirlər, vəssalam. Mən bu siyasi oyunlar zamanı həlak olan insanlara görə təəssüflənirəm.
Axı Rusiyada da bir ana oturub oğluna görə həyəcan keçirir. Eynən mənim anam kimi. Onun oğlunu isə iradəsinə zidd olaraq Donetsk vilayətinə göndəriblər. Və onlar orda ölürlər. Bax, insanlıq faciəsi budur.
Siyasət hamı üçün aydındır - əsl bataqlıqdır. Siyasi dələduzlar heç nə vermədən minlərlə insanların həyatı ilə oynayırlar.
Bu hadisələr mənim ölkəm üçün böyük faciədir. Məhz bu münaqişə ucbatından inkişaf edə bilmirik. Amma bununla belə, heç vaxt "Rusiyada hamı əclafdır” deməyəcəyəm. Əminəm ki, bu ölkədə xeyli vicdanlı insan yaşayır. Amma yuxarıdakılar öz çirkin siyasi məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atırlar. Bundan da sadə insanlar əziyyət çəkir”.
banner

Oxşar Xəbərlər