• cümə axşamı, 28 mart, 15:54
  • Baku Bakı 16°C

Həbsdə olan sabiq baş həkim Ali Məhkəməyə müraciət edib

09.03.20 10:22 1294
Həbsdə olan sabiq baş həkim Ali Məhkəməyə müraciət edib
Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən kassasiya şikayəti verib.
APA-nın məlumatına görə, şikayət Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.
T. Kosayev şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə T.Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib.
banner

Oxşar Xəbərlər