• cümə axşamı, 18 aprel, 17:06
  • Baku Bakı 22°C

Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb

24.04.17 14:00 982
Həbsdə olan MTN generalının məhkəməsinin vaxtı açıqlanıb
Ləğv olunmuş MTN-in sabiq Antiterror Mərkəzinin rəisi, general-mayorElçin Quliyevvə digərlərinin cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
APA-nın məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.
Xatırladaq ki,Elçin QuliyevMTN-in Antiterror Mərkəzinin rəisi olub.
Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərəkgeneral-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.
Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs olunub.
banner

Oxşar Xəbərlər