AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həbibin atası 10 gün müalicə almayıb

Həbibin atası 10 gün müalicə almayıb

İdman
21 May 2020, 14:30 298
"Fight Nights Global” kompaniyasının rəhbəri Kamil Hacıyev UİFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanal Nurməhəmmədovun koronavirusa tutulması haqda danışıb. 
 
Kaspi.az xəbər verir ki, Hacıyev Dağıstanda dramatik vəziyyətin yaranmasına insanların məsuliyyətsizliyinin səbəb olduğunu bildirib. O, Abdulmanalın 10 gün ərzində müalicə almadığını bildirib: 
 
"Biz onunla hələ Dağıstanda olanda söhbətləşmişdik. Həmin vaxt heç kim xəstəliyin ciddiliyini başa düşmürdü. Sonra məlumat aldım ki, onu Moskvada klinikaların birinə yerləşdiriblər. 
 
Dağıstanda yaranmış duruma görə heç kimi ittiham etməyəcəyəm. Sadəcə onu deyirəm ki, bizim insanlar virusa barmaqarası yanaşdılar. 
 
Bilirəm ki, Abdulmanal 10 gün özünü nasaz hiss edib, amma bu müddətdə heç bir müalicə almayıb. Niyə? Bəlkə, bunun koronavirus olduğunu bilməyiblər? 
 
O, niyə virusa yoluxub? Ola bilsin ki, kütləvi tədbirdə - ya toyda, ya da dəfn mərasimində iştirak edib. Bu, bizim respublikamızda insanların virusa məsuliyyətsiz yanaşmasıdır. Bunun üzərinə pis müalicəni də gəlin. Ona görə də belə vəziyyət yaranıb”.