• çərşənbə axşamı, 19 mart, 10:01
  • Baku Bakı 8°C

"Hawthornden" mükafatı Qraham Sviftin oldu

24.07.17 11:03 5626
"Hawthornden" mükafatı Qraham Sviftin oldu
Britaniyalı yazar Qraham Sviftin onuncu romanı "Doğurqan bazar günü" ("Mothering Sunday") Dru Heynz rəhbərlik etdiyi incəsənət fondunun"Hawthornden" mükafatına layiq görülüb. "Guardian"ın məlumatına görə, xüsusilə, yüksək yaradıcılıq hesabına ərsəyə gəlmiş hekayələrin bədii incəlik və ustalıqla işləndiyi romanları izləyən və seçən fond "mirvari kitab"-ı üçün müəllifə 15 min funt sterlinq (17000 manat - red.) dəyərində pul mükafatı da təqdim edib.
Qraham Svift bundan əvvəlki romanlarda İngiltərədə siniflərarası uçurum, müharibə itkiləri, ayrılıq hekayələri mövzularını işləyib. Əsərləri yaxşı satış göstəriciləri ilə seçilsə də, müəllifə uğur gətirən, səs salan romanlar olmayıb. Lakin XX əsrin əvvəllərində yaşanmış real hekayə üzərində qurulan bu ssenarinin müəllifə böyük uğurlar qazandıracağı gözlənilir. Əsərdə 1924-cü ildə yetimxanadan alınıb, zadəgan bir ailənin evinə qulluqçu kimi satılmış 14 yaşlı yeniyetmə Ceynin qonşuluqdakı varlı ailənin oğlu ilə yaşadığı gizli məhəbbət macərası canlandırılır.
Məlumat üçün bildirək ki, "Hawthornden" ədəbi mükafatı 1919-cu ildə İsveç baronun qızı Alis Uorrender tərəfindən təyin edilib. Mükafat "xüsusi yaradıcılığı ilə seçilən ədəbi nümunələr"in müəllifi olan 41 yaşa çatmamış və yaşayan yazarlara verilir. 98 ildə bu mükafata Qraham Qrin, Ted Haqs, Ceofri Hill, Oliver Saks, Hilari Mantel, Ali Smits və s. kimi bir-birindən istedadlı yazarlar layiq görülüb.
banner

Oxşar Xəbərlər