• cümə axşamı, 25 aprel, 11:18
  • Baku Bakı 14°C

Havaya zərərli maddələrin atılmasına xüsusi icazə üçün tələb edilən sənədlərin sayı azaldılıb

15.12.17 09:40 1536
Havaya zərərli maddələrin atılmasına xüsusi icazə üçün tələb edilən sənədlərin sayı azaldılıb
Atmosferhavasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi üçün tələb edilən sənədlərin sayı azaldılıb.
APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla bağlı "Atmosferhavasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları”nda dəyişikliklər edib.
Bu Qaydalara əsasən verilən xüsusi icazə atmosferhavasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi və fiziki şəxslərə atmosferhavasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verən sənəddir. Atmosferhavasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında verilir.
İndiyə qədər xüsusi icazəni almaq üçün hüquqi və fiziki şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi icazənin verilməsi üçün ərizə (ərizədə hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü, bank rekvizitləri, fiziki şəxslərin isə adı, atasının adı, soyadı və şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar öz əksini tapmalıdır), müəssisənin təsis sənədlərinin surətini, atmosferhavasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazənin verilməsinə görə ödəmə haqqının müvafiq hesaba keçirilməsi barədə sənədi, atmosferhavasına zərərli maddələrin atılma normativləri layihəsini və 2 - TG (hava) dövlət statistik hesabatını, qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər planını (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün), əlverişsiz meteoroloji şərait zamanı zərərli maddələrin atmosferhavasına atılmasının tənzimlənməsi üzrə səmərəli tədbirlər planını, atılmanın yol verilən həddi normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planını, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturu tərəfindən razılaşdırılmış stasionar mənbələrdən zərərli maddələrin atmosferhavasına atılmasına analitik nəzarət qrafikini və müəssisənin sanitar-gigiyenik pasportunu təqdim etməli idilər.
Dəyişikliyə əsasən bundan sonra hüquqi və fiziki şəxslərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xüsusi icazənin verilməsi üçün atmosferhavasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə xüsusi icazənin verilməsinə görə ödəmə haqqının müvafiq hesaba keçirilməsi barədə sənəd, əlverişsiz meteoroloji şərait zamanı zərərli maddələrin atmosferhavasına atılmasının tənzimlənməsi üzrə səmərəli tədbirlər planı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturu tərəfindən razılaşdırılmış stasionar mənbələrdən zərərli maddələrin atmosferhavasına atılmasına analitik nəzarət qrafiki və müəssisənin sanitar-gigiyenik pasportu təqdim olunmayacaq. Eyni zamanda bundan sonra atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsinə görə ödəmə haqları Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna ödəniləcək və ödənişi təsdiq edən sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq.
banner

Oxşar Xəbərlər