AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Havanın temperaturu 34 dərəcəyə yüksələcək

Havanın temperaturu 34 dərəcəyə yüksələcək

Təfsilat
20 May 2020, 11:51 193
Mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir .Bəzi yerlərdə duman olacaq.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu  gecə 15-18° isti, gündüz  23-27° isti,
Bakıda  gecə 16-18° isti, gündüz  25-27° isti olacaq.
Atmosfer  təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa  enəcək. 
Nisbi rütubət  70-75 %, gündüz 40-45% olacaq.   
Tibbi-meteoroloji proqnoz
Mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki,  bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 13-17° isti, gündüz  30-34° isti, dağlarda gecə 
6-11° isti, gündüz 17-22°  isti olacaq.