• cümə axşamı, 18 aprel, 19:31
  • Baku Bakı 21°C

Hava yağmursuz keçəcək, bəzi yerlərdə külək güclənəcək

12.09.17 14:30 966
Hava yağmursuz keçəcək, bəzi yerlərdə külək güclənəcək
Sentyabrın 13-də Bakı və Abşeron yarımadasındahavayağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilənhavaəsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər