• cümə, 29 Mart, 11:43
  • Baku Bakı 5°C

Hava şəraiti dəyişəcək, temperatur 7 dərəcə enəcək

20.11.17 15:45 2801
Hava şəraiti dəyişəcək, temperatur 7 dərəcə enəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si gün ərzində şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya bildirilib ki,havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.
Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından başlayaraq noyabrın 24-dəkhavaşəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.
banner

Oxşar Xəbərlər