• bazar ertəsi, 15 sentyabr, 05:41
  • Baku Bakı 18°C

Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır

15.11.16 11:08 907
Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır
Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar artaraq 45,15 dollar olub.

Neftin bahalaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı danışıqların son mərhələsinə başladıqları barədə məlumatlar səbəb olub.
banner

Oxşar Xəbərlər