• cümə, 19 Aprel, 16:36
  • Baku Bakı 25°C

Hasilatın azaldılması ilə bağlı qərarın müddətinin artırılma ehtimalı nefti bahalaşdırır

01.04.17 11:15 647
Hasilatın azaldılması ilə bağlı qərarın müddətinin artırılma ehtimalı nefti bahalaşdırır
Dünya birjalarında neft bahalaşmaqda davam edir.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar və ya 0,50% artaraq 50,60 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar və ya 0,75% artaraq 53,53 dollar olub.
Neftin bahalaşmasına "qara qızıl” hasil edən ölkələrin istehsalın azaldılması ilə bağlı razılığı daha 6 ay müddətinə uzadacağı ilə bağlı gözləntilər səbəb olub.
banner

Oxşar Xəbərlər