• cümə axşamı, 25 aprel, 05:56
  • Baku Bakı 19°C

Hamısında belə saç düzümü olacaq

29.03.20 14:56 1165
Hamısında belə saç düzümü olacaq
Dortmund "Borussiya”sının futbolçusu Aksel Vitsel komanda yoldaşalrı ilə zarafat edib.

Kaspi.az xəbər verir ki, koronavirusa görə "Borussiya”nın futbolçuları karantindədirlər. Vitsel "Tvitter”də komanda üzvlərinin saç düzümünün montaj edildiyi şəkil paylaşıb.

Şəkildə futbolçuların hamsının saç düzümü Vitseldə olduğu kimidir. O, bununla işarə edib ki, karantin müddətində bərbərə gedə bilməyən komanda yoldaşlarının saç düzmü onun saç düzümünə bənzəyəcək.

Maraqlıdır ki, Vitselin bu paylaşımından bir qədər sonra Belçika yığmasının mətbuat xidməti milli üzvlərinin eyni tərzdə olan şəklini paylaşıb. Vitsel Belçika yığmasının da üzvüdür.
banner

Oxşar Xəbərlər