• çərşənbə axşamı, 23 aprel, 20:07
  • Baku Bakı 20°C

Hamı istəyir ki, onların arasında problem olsun

10.02.20 17:33 2301
Hamı istəyir ki, onların arasında problem olsun
"Real”ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyl barədə danışıb.
Kaspi.az xəbər verir ki, Zidan "Osasuna” ilə qarşılaşmada (4:1) Beylin sərgilədiyi oyuna münasibət bildirib. O, Beyllə aralarında heç bir problemin olmadığını deyib:
"Beyl fantastik futbolçudur. Son oyunlarda meydanda olmasa da, bu gün yaxşı oyun sərgilədi. Həm hücumda yaxşı idi, həm də müdafiədə.
Hər kəs istəyir ki, onunla aramda problem olsun. Anaq bizim aramızda heç bir problem yoxdur. Komandada xeyli futbolçu var. Rotasiya etmək elə də asan deyil.
Amma Beyl həqiqətən də bizim üçün vacib futbolçudur və tədricən əvvəlki səviyyəsinə yüksələcək. O, fiziki cəhətdən tam hazır deyil. Ancaq biz ona inanırıq”.
Beyl "Osasuna” ilə qarşılaşmada start heyətində meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
banner

Oxşar Xəbərlər