• cümə, 26 Aprel, 17:02
  • Baku Bakı 23°C

Hakim partiyadan prezidentlərin bəyanatına cavab gəldi

19.06.13 11:10 1477
Hakim partiyadan prezidentlərin bəyanatına cavab gəldi
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı narahatçılıq ifadə etmələrini, bəyanatlar səsləndirmələrini ümumilikdə müsbət qiymətləndirmək olar. Bu o mənada qiymətləndirilə bilər ki, böyük dövlətlər – Minsk Qrupunun həmsədrləri münaqişəni unutmayıblar”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupu həmsədr ölkələrin dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli barədə bəyanatına münasibət bildirən YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirib.
Ə. Əhmədov bildirib ki, həqiqət ondan ibarətdir ki, münaqişə 20 ildir nizama salınmayıb, 1 milyondan çox azərbaycanlı qaçqınların vəziyyətində dəyişiklik baş verməyib: “İyirmi ildən çox müddətdə tarixi həqiqətin bərpa olunmamasının günahının böyük bir hissəsi də münaqişənin nizama salınması kimi əhəmiyyətli missiyanı üzərinə götürmüş Minsk Qrupunun öz vəzifəsinin öhdəsinddən gələ bilməməsidir. Mən təsəvvür edə bilmirəm ki, Minsk Qrupu münaqişəni həll etmək missiyasını öz üzərinə götürəndən və 20 il ərzində bu vəzifəsinin öhdəsindən gələ bilməyəndən sonra kimləri günahlandırmaq istəyir. Bu məntiqi sadəcə olaraq başa düşmək mümkün deyil”.
YAP sədr müavininin sözlərinə görə, nə qədər ki işğalçının işğal etdiyi ərazilərddən çıxmaq tələbi Minsk Qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret qoyulmayıbsa, münaqişənin nizamlanması sahəsində irəliyə doğru addım atmaq mümkün olmayacaq: “Mən hesab edirəm ki, Minsk Qrupunun həmsədr dövlətləri münaqişə ilə bağlı konkret münasibət bildirsələr daha yaxşı olardı. Münaqişənin həlli istiqamətində daha ciddi addım atılmasına nail olmaq mümkün olardı”.
banner

Oxşar Xəbərlər