• cümə axşamı, 25 aprel, 10:00
  • Baku Bakı 14°C

Hacıbala Abutalıbov Müsavatı şadlıq sarayına göndərdi

23.06.14 17:10 1074
Hacıbala Abutalıbov Müsavatı şadlıq sarayına göndərdi
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 28-də qurultay keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib.
Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilir ki, Müsavat Partiyası indiyə qədər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurultayın keçirilməsi barədə tövsiyə edilən yerləri müxtəlif bəhanələrlə bəyənməyib. Buna görə də Müsavat Partiyasına Bakıda şadlıq saraylarının biri ilə razılaşaraq və Bakı Şəhər İcra Hakimiyyətinə bu barədə öncədən məlumat verərək qurultay keçirməyi məsləhət görüb.
banner

Oxşar Xəbərlər