• cümə, 19 Aprel, 16:12
  • Baku Bakı 25°C

Hacı Qalib Salahzadə məhkəməyə gəlməyib

06.10.17 12:40 2501
Hacı Qalib Salahzadə məhkəməyə gəlməyib
Sabunçu Rayon Məhkəməsində millət vəkili Çingiz Qənizadənin sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə düşüb.
APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Ziya Şirinov bildirib ki, Qalib Salahzadə məhkəməyə gəlmədiyi üçün proses təxirə salınır.
Proses oktyabrın 12-nə təyin olunub.
Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.
Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.
banner

Oxşar Xəbərlər