• cümə, 29 Mart, 15:21
  • Baku Bakı 14°C

Gözlənilən böyük intibah

24.10.20 16:13 1184
Gözlənilən böyük intibah
Ruh yenilənəcək, insanların yaddaşı təzələnəcək
Cəbhədən xoş xəbərlər gəlir. Mənfur ermənilərin işğal etdiyi Azərbaycan torpaqları 27 illik həsrətdən sonra öz sahibinə qovuşur. Azad edilən yurd yerlərimizdə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusu rəşadətli döyüşləri ilə hərb tariximizin yeni səhifələrini yazır. Əsgərlərimizin, zabitlərimizin şücaəti ölkəmizin qəhrəmanlıq səhifəsinə çevrilir. Rəşadət dolu bu səhifələri əbədiləşdirmək, tarixin yaddaşına yazmaq isə həmçinin ədəbiyyatçıların, ssenaristlərin, tarixçilərin, musiqiçilərin, rəssamların üzərinə düşür.

Müqəddəs mövzu
Rejissor Rövşən İsax Vətən Müharibəsindəki qürur doğuran xəbərlər, gözlədiyimiz qələbə ilə bağlı bütünlükdə incəsənət sahəsinin görəcəyi çox işlərin olduğunu bildirir: "Biz qalib tarixi yaşayırıq. Ola bilərmi ki, o, kinoda öz əksini tapmasın? Bu mövzunun özü gözəldir. Rejissorlarımız ona necə yanaşacaqlar - bu, sual altındadır”. Rejissor bu mövzunun özəl sektora həvalə olunmasının tərəfdarı deyil: "Mən arzulayardım ki, özəl sektora bu haqda film çəkməyə icazə verilməsin. Mövzunu dövlətimiz öz nəzarətində saxlasın. Çünki bu, müqəddəs mövzudur. Hər kəs bu mövzuda istədiyini çəkmək istəsə, qələbəmizin dəyərini aşağı salmış olarıq”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər