• cümə, 29 Mart, 11:00
  • Baku Bakı 5°C

Göygöldə oğlunu qətlə yetirən kişi Bakı şəhərində saxlanılıb

02.01.20 17:30 733
Göygöldə oğlunu qətlə yetirən kişi Bakı şəhərində saxlanılıb
Göygöldə evi yandıranoğlunu qətlə yetiribhadisə yerindən qaçan şəxs bu gün səhər saatlarındaBakıda saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Nadel kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onun barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Y.Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib. Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub.
banner

Oxşar Xəbərlər