• çərşənbə axşamı, 16 aprel, 19:11
  • Baku Bakı 18°C

Göygöldə 70 yaşlı kişi iki qadın tərəfindən döyülüb

14.05.17 15:06 1779
Göygöldə 70 yaşlı kişi iki qadın tərəfindən döyülüb
Göygöldə döyülmə faktı qeydə alınıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Daşkəsən rayon sakini 1947-ci il təvəllüdlü Əliyev Əli kənddə olan bağ sahəsində iki qadının heyvan otardığını görüb. Onlara etiraz edən kişi qadınlar tərəfindən ağacla döyülüb. Müxtəlif bədən xəsarətləri alan 70 yaşlı Ə. Əliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər