Göyçayda sərnişin avtobusu yanıb
Göyçay rayonunda sərnişin avtobusu yanıb.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Qarabaqqal kəndində "Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.