AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Güzəştli ipoteka 50 000 manat oldu

Güzəştli ipoteka 50 000 manat oldu

İqtisadiyyat
04 Fevral 2013, 16:52 1913
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Qaydaların 2.2-ci bənddə "35 000" rəqəmi "50 000" rəqəmi ilə əvəz edilsin.

2.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.5.2. üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.".

Müəyyən edilir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü,42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.