• cümə axşamı, 28 mart, 17:53
  • Baku Bakı 16°C

Gürcüstanın maliyyə naziri: “Azərbaycan ilə Gürcüstanın birgə layihələri Avropanın inkişafında mühüm rol oynayacaq”

20.03.17 15:21 987
Gürcüstanın maliyyə naziri: “Azərbaycan ilə Gürcüstanın birgə layihələri Avropanın inkişafında mühüm rol oynayacaq”
Tiflisdə "Gürcüstan iqtisadiyyatı: Perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq biznes-forum başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili açıb.
D. Kumsişvili forumun iqtisadiyyatın və özəl biznesin inkişafı ilə bağlı böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Forumda "Paşa Bank”ın İdarə Heyətinin sədri Şahin Məmmədov, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin müavini Giorgi Çerkezişvili, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri Zurab Alavidze, Avropa Bankının Qafqaz, Moldova və Belarus üzrə Bərpa və İnkişaf direktoru Bruno Balvanera, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tempon çıxış edərək regionda iqtisadi perspektivlər və çağırışlardan bəhs ediblər.
Forumda Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən 450 nəfərdən çox iş adamları iştirak edir. D. Kumsişvili jurnalistlərə açıqlamasında Azərbaycanın Gürcüstanın ən əsas strateji tərəfdaş olduğunu bildirib: "Gürcüstan Azərbaycanla bu münasibətlərin inkişafında maraqlıdır. Bu gün Azərbaycan ilə Gürcüstan birgə olaraq regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində də işlər gedir. Bu layihələr Gürcüstan və Azərbaycanın, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq. Biz çalışırıq ki, bu layihələrə daha çox ölkələr cəlb edək və bu da bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq.”
"Paşa Bank”ın İdarə Heyətinin sədri Ş. Məmmədov jurnalistlərə açıqlamasında regional bank olaraq bu tədbirə dəstək verdiklərini nəzərə çatdırıb: "Bu cür tədbirlər Azərbaycan-Gürcüstan biznes və iqtisadi əlaqələrinin genişləndirilməsinə töhfə verir. Azərbaycan-Gürcüstan arasında ticarət əlaqələri, real biznes sektor getdikcə genişlənir. Azərbaycan Gürcüstanda ən böyük investisiya yatıran ölkədir”.
banner

Oxşar Xəbərlər